SİMA yeni nəsil rəqəmsal imza “e-Səhiyyə” veb-portalına inteqrasiya edildi
İKT
21.06.2025 14:57
SİMA yeni nəsil rəqəmsal imza “e-Səhiyyə” veb-portalı və eyniadlı mobil tətbiqə inteqrasiya edilib.
TodayPress TV xəbər verir ki, inteqrasiya nəticəsində vətəndaşlar üçün bir çox səhiyyə xidmətlərinə onlayn əlçatanlıq təmin edilib. Artıq vətəndaşlar adıçəkilən portala və ya mobil tətbiqə “SİMA İmza” ilə daxil olaraq xəstəlik vərəqələri, tibbi arayışlar, reseptlər, epikrizlər, peyvəndlər, analizlər, müayinə nəticələrinin alınması və digər xidmətləri onlayn şəkildə əldə edə bilərlər.
Bundan başqa, donor olmaq üçün məsafədən müraciətlərin göndərilməsi də “SİMA İmza” vasitəsilə mümkün olub. Müraciəti Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin rəsmi saytında (odtkm.gov.az) formalaşdırmaq mümkündür.
Diqqətə çatdıraq ki, vətəndaşlar qeyd edilən elektron xidmətləri əldə etmək üçün əvvəlcə “SİMA İmza” ilə “digital.login” sisteminə daxil olmalıdır.
tag: SİMA,Tətbiq,İmza,İnteqrasiya,todaypress.tv,
 
        
 
                                ![[[ETX:]] İctimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılır](/uploads/news/683d50ae055f4.webp) 
                                            ![Süni intellekt yaşıl işıq yandırdı [[– Bəla, yoxsa qurtuluş? - VİDEO]]](/uploads/news/68c425f0ed353.webp) 
                                            ![Bakı innovasiya reytinqində [["İlin şəhəri"]] seçildi](/uploads/news/683075fdcc66c.webp) 
                                            ![Çin orbitə [[peyk]] göndərdi](/uploads/news/6837f2d14cebf.webp) 
                                            ![Yeni qatlana bilən [[“iPhone”un ilkin qiyməti]] açıqlandı](/uploads/news/6889e6c5b459a.webp) 
                                            ![İnformasiya və rabitə sektorunun gəlirləri [[7%-dən çox]] artdı](/uploads/news/68514b2371fa1.webp) 
                                            ![Virtual reallıq [[ağrı dözümlülüyünü]] artırır](/uploads/news/68dfd2ac7ab2c.webp) 
                                            ![Sertifikatlaşdırma imtahanlarında [[müəllimlərin şəxsiyyəti]] SİMA ilə təsdiq edildi](/uploads/news/686e03a89f588.webp) 
                                            ![[[Ferrari dənizlərə çıxır:]] Enerjiyə ehtiyac duymayan “uçan” yaxta hazırlanır](/uploads/news/686bd57de5eca.webp) 
                                            ![[[İKTA]] sığortaçı seçdi](/uploads/news/6831bcca23877.webp) 
                                            