"Samsung" "iPhone"u geridə qoydu
İKT
01.10.2025 19:45
"PhoneBuff" kanalı "Samsung Galaxy S25 Ultra" və "iPhone 17 Pro Max" smartfonlarının performansını müqayisə edib. Proqramların işə salınması və videoların ixracı zamanı keçirilən sınaqlarda "Samsung"un flaqmanı üstün nəticə göstərib.
TodayPress TV xəbər verir ki, testin ilk mərhələsində "Galaxy S25 Ultra" dövrəni 2 dəqiqə 2 saniyəyə tamamlayaraq, "iPhone 17 Pro Max"dan 14 saniyə daha sürətli olub.
"iPhone" videonun ixracı zamanı gözləniləndən zəif nəticə göstərib. Ekspertlər bunu cihazda istifadə olunan "iOS 26" əməliyyat sisteminin hələ tam optimallaşdırılmaması ilə əlaqələndiriblər.
"Galaxy S25 Ultra" 2025-ci ilin əvvəlində təqdim olunub və "Snapdragon 8 Elite" prosessoru ilə təchiz edilib. "iPhone 17 Pro Max" isə sentyabr ayında çıxıb və yeni "Apple A19 Pro" çipindən istifadə edir.
Türkan İsgəndərli
tag: Samsung,iPhone,Telefon,Galaxy,Todaypress.tv,
