“Samsung” insanlarda koqnitiv pozğunluqları aşkarlayacaq
İKT
19.09.2025 18:15
"Samsung" şirkəti smartfonlar və geyilə bilən qurğulardan toplanan məlumatlar vasitəsilə koqnitiv funksiyanın qiymətləndirilməsi metodunu hazırlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi bloqunda yer alıb.
"Samsung"un fikrincə, səs parametrləri yaddaş və nitqlə əlaqəli beyin sahələrinin fəaliyyətini qiymətləndirməyə imkan verir. Eyni zamanda, istifadəçinin rəqəmsal davranışındakı dəyişikliklər koqnitiv funksiyalardakı pozulmaları vaxtında aşkar etməyə kömək edə bilər.
Şirkət bu yanaşmanı dəstəkləmək üçün iki ayrı tədqiqat aparıb. Birinci araşdırma virtual klaviaturada yazma davranışlarının təhlilinə, ikinci isə "Galaxy" smartfonları və saatlarından toplanan yeriş məlumatlarına yönəlib. Hər iki tədqiqat demensiya üçün istifadə olunan klinik skrininq testləri ilə müqayisə edilə biləcək nəticələr göstərib.
Türkan İsgəndərli
tag: Samsung,Yaddaş,Demansiya,Klaviatura,Todaypress.tv,