"iPhone 17 Air" ən nazik və yüngül "iPhone" olacaq
Yeni "iPhone 17 Air" modeli cəmi 146 qram olacaq və cəmi 5,5 mm qalınlığı ilə "Apple"ın indiyə qədərki ən nazik smartfonu kimi təqdim ediləcək.
TodayPress TV "Gazeta.ru" ya istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Majin Bu məlumat verib.
Onun sözlərinə görə, cihazın çəkisinin azalmasına titan yerinə daha yüngül aviasiya alüminiumundan istifadə səbəb olacaq.
Komponentlərin təxmini çəkiləri belədir:
• Alüminium şassi: 25–30 q
• OLED ekran: 35 q
• Şüşə arxa panel: 15 q
• Akkumulyator: 35 q (kremniy-karbon əsaslı, 2800–2900 mA·s)
• Kamera: 5–7 q
• Ana plata: 10–12 q
• Digər komponentlər (o cümlədən MagSafe): 10–12 q
Cihaz OLED ekran (120 Hz), "Apple A19" çipi və 8 GB operativ yaddaşla təchiz ediləcək. Arxa kameranın 48 MP, ön kameranın isə 24 MP olacağı gözlənilir. iPhone 17 Air modelində həmçinin "Dynamic Island", "Face ID", yalnız "eSIM" dəstəyi və naqilsiz enerji yükləmə olacaq.
Bundan əlavə, "Apple"ın bu model üçün əlavə batareyaya malik xüsusi “powerbank” tipli örtük hazırladığı da deyilir.
Qiymət Mahir
tag: iPhone 17 Air,Majin Bu,Alüminium ,Apple,todaypress.tv,