Hindistan tədqiqat peykini kosmosa buraxa bilmədi

İKT

18.05.2025 09:55

8

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) mühərrikdə yaranan texniki problem səbəbindən kosmosa göndərilməsi planlaşdırılan tədqiqat peykini buraxa bilməyib. 

TodayPress TV xəbər verir ki, bu barədə təşkilatdan bildirilib.

Məlumata görə, Şriharikotadan həyata keçirilməsi planlaşdırılan "PSLV-C61 EOS-09" missiyası raketin üçüncü mərhələsində baş verən nasazlıq səbəbindən yarımçıq qalıb.

Əlavə edib ki, problemin səbəbləri araşdırılır və nəticələrlə bağlı yaxın vaxtda ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, missiyanın əsas məqsədi EOS-09 adlı Yerin müşahidə peykini orbitə yerləşdirməkdir. Bu peyk hər hava şəraitində, gecə və gündüz şəklində görüntülər çəkmək imkanına malikdir.

Onun məlumatları kənd təsərrüfatı, meşə təsərrüfatı, şəhərsalma, milli təhlükəsizlik və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması sahələrində istifadə olunacaq.

Türkan İsgəndərli

tag: Hindistan,Kosmik,Peyk,Nasazlıq,todaypress.tv,