Google yeni nəsil “ağıllı eynəklərlə” bazara qayıdır
“Google” “Android” sistemli yeni smar-teynəkləri ilə “Ray-Ban Meta”nın populyar modelinə rəqib olmağa hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə “Gizmodo” nəşri məlumat yayıb.
“Google” yeni məhsulunun qısa təqdimatını “The Android Show: I/O Edition” tədbirində edib. Eynəklər ətraf mühiti analiz edən, istifadəçiyə real vaxtda məlumat təqdim edən və suallara cavab verən süni intellektlə təchiz olunub.
“Ray-Ban Meta”nın eynəkləri artıq foto və video çəkə, “İİ” ilə qarşılıqlı əlaqə qura bilir. “Google” isə bu funksiyaları daha da inkişaf etdirərək Android imkanlarına və öz xidmətlərinə dərin inteqrasiya vəd edir.
Hazırda məhsul barədə ətraflı məlumat olmasa da, 21 may 2025-ci ildə keçiriləcək əsas “Google I/O” tədbirində daha çox detalın açıqlanacağı gözlənilir.
Qiymət Mahir
tag: “Google”,“Android” ,“Ray-Ban Meta”,Eynək,todaypress.tv,