Dünyanın ən yaxşı telefonu hansıdır?
İKT
23.09.2025 19:30
"DxOMark" laboratoriyası ən yaxşı ekran keyfiyyətinə malik smartfonların yenilənmiş reytinqini açıqlayıb. Siyahının zirvəsində "Google Pixel 10 Pro XL" qərarlaşıb.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı "Hi-Tech Mail" yayıb.
"Pixel 10 Pro XL" 6,8 düymlük "LTPO OLED"ekranla təchiz olunub. Ekran 2992x1334 piksel icazəyə, 1-120 Hz adaptiv yenilənmə tezliyinə malikdir və "Gorilla Glass Victus 2" ilə qorunur. Cihaz 2200 nit pik parlaqlığı, "HDR2 dəstəyi və cəmi 4 nit minimal parlaqlığı ilə az işıqlı mühitlərdə də istifadəyə tam uyğundur.
Ekspertlərin fikrincə, ekran texnologiyasında əvvəlki model olan "Pixel 9 Pro XL" ilə bəzi oxşarlıqlar olsa da, "Pixel 10 Pro XL" yeni texnologiyalarla fərqlənir.
Mütəxəssislər xüsusilə rəng kalibrləməsini və ekranın işıqlanma şəraitinə avtomatik uyğunlaşmasını yüksək qiymətləndiriblər.
"DxOMark" Top-5 sıralaması belədir:
- "Google Pixel 10 Pro XL" – 161 bal
- "Samsung Galaxy S25 Ultra" və "Google Pixel 10" – 160 bal
- "Google Pixel 9 Pro XL", "Google Pixel 9 Pro", Samsung "Galaxy S25 Edge" – 158 bal
- "Honor Magic 6 Pro", "Samsung Galaxy S25" – 157 bal
- "Google Pixel 9", "Samsung Galaxy Z Fold 7" – 156 bal
Türkan İsgəndərli
tag: Telefon,Smartfon,Mobil,İphone,Todaypress.tv,
