"Azərbaycan Banklar Assosiasiyası"nın 35 illiyi ilə bağlı poçt markası buraxıldı

İKT

25.06.2025 16:46

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin 35 illik yubileyinə həsr olunmuş poçt markasını dövriyyəyə buraxıb.

TodayPress TV "Azərpoçt"a istinadən xəbər verir ki, marka Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sərgisi ("Fintex Sammit") çərçivəsində təqdim edilib.

ABA-nın prezidenti Zakir Nuriyev və “Azərpoçt”un İdarə heyəti sədrinin vəzifəsini icra edən İsi Mustafayev yubiley markasının rəsmi möhürlənməsini həyata keçirib.

"Azərpoçt" 2010-cu ildən ABA-nın üzvüdür.

tag: Azərpoçt,Bakı,Tədbir,Marka,Todaypress.tv,

photo
photo