ABŞ-də süni intellektin tədris etdiyi məktəb fəaliyyətə başladı

İKT

08.10.2025 19:30

ABŞ-nin Texas ştatının Ostin şəhərində tədris prosesi tamamilə süni intellektə əsaslanan, təhsil haqqı illik 40 min dollar olan “Alpha” adlı özəl məktəb fəaliyyətə başlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “CBS” məlumat yayıb.

Tədris proqramına əsas fənlər – riyaziyyat, təbiət elmləri və digər sahələr üzrə gündə iki saata qədər dərs daxildir. Təhsil nəticələri AI əsaslı mobil tətbiqlərdə qeydə alınır. Şagirdlərin maraq və motivasiyasına görə məsuliyyət daşıyan təlimçilər yüksək maaş alırlar.

Əsas kursları keçdikdən sonra uşaqlar dörd saatlıq ustad dərslərində iştirak edə bilirlər. Bu dərslərdə onlara praktik bacarıqlar öyrədilir.

Uşaqları bu məktəbdə təhsil alan investor və milyarder Co Limand bildirib ki, bu tədris modeli dünya üzrə təhsil sistemində inqilabi dəyişikliklərə səbəb ola bilər.

Aysel Mətləb

TodayPress TV 

tag: AI,Alpha,ABŞ,Məktəb,Todaypress.tv,