Zidan keçmiş “Real” ulduzlarını təriflədi: “Onlar topu itirmirdilər”

İdman

14.10.2025 10:48

“Real Madrid” klubunun sabiq baş məşqçisi Zinəddin Zidan yenidən hansı futbolçunu çalışdırmaq istədiyini bildirib - hücumçu Kriştianu Ronaldunu, yoxsa yarımmüdafiəçi Luka Modriçi. 

TodayPress TV xəbər verir ki, bu barədə MadridXtra nəşri məlumat yayıb. 

Bildirilir ki, xorvatiyalı və portuqaliyalı futbolçular bir vaxtlar Zidanın rəhbərliyi altında “Real”da çıxış ediblər.

“İkisini də. Bu suala cavab verə bilmirəm, çünki hər ikisini də çox sevirəm. Benzema və Kroos kimi. Mənim elə futbolçularım var idi ki... Nə qədər inanılmaz oyunçular! Onları məşqlərdə görmək lazım idi. Rəqiblər bu oyunçular meydanda olanda topu görmürdülər. Modriç, Kroos, İsko, Benzema, Rodriqo... Onlar heç vaxt top itirmirdilər. Bu, sadəcə inanılmaz idi”, - deyə Zidan bildirib.

Qeyd edək ki, hazırda işsiz olan Zidan Fransa yığmasını çalışdırmağı arzulayır.

Namiq HUN

TodayPress TV

tag: Zinəddin Zidan,Real Madrid,Klub,Futbol,Todaypress.tv,