“Yuventus” əsas müdafiəçisini itirdi
İdman
28.06.2025 11:35
“Yuventus” klubu komandanın əsas müdafiəçilərindən biri - 22 yaşlı Nikolo Savonanın ciddi zədə aldığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında yerləşdirilib.
Futbolçu klublararası dünya çempionatının qrup mərhələsinin III turu çərçivəsində “Mançester Siti”yə qarşı matçda (2:5) sol topuq nahiyəsindən zədələnib. Tibbi müayinə nəticəsində Savonanın kapsul-bağ aparatında ciddi zədələnmə aşkar edilib. Klubun açıqlamasına görə, futbolçu artıq reabilitasiya proqramına başlayıb və bir ay sonra yenidən müayinədən keçəcək.
Nikolo Savonanın zədə səbəbindən 6–8 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, Nikolo Savona “Yuventus”un son dövrlərdə müdafiə xəttində güvəndiyi gənc futbolçulardan biri hesab olunur.
Namiq HUN
tag: Yuventus,Müdafiəçi,Zədə,Nikolo Savona,Todaypress.tv,