Rui Koşta: “Mourinyonun maaşı onun karyerasındakı ən aşağı göstəricilərdəndir”
İdman
27.09.2025 10:40
“Benfika” klubunun prezidenti Rui Koşta Lissabon təmsilçisinin baş məşqçisi Joze Mourinyonun maaşı və müqavilə şərtləri barədə danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə A Bola nəşri məlumat yayıb.
“Onun nə qədər qazandığını açıqlamaq hüququm yoxdur. “Portu” və ya “Sportinq”in məşqçilərinin maaşını soruşmusunuzmu? Niyə məhz bizim halımızda bu maraq doğurmalıdır? Bu səviyyədəki mütəxəssis müəyyən məbləğə layiqdir. O, bazarda əlçatan idi, amma eyni zamanda dünyanın ən titullu və hörmətli mütəxəssislərindən biridir.
Məşqçimin maaşı haqqında efirdə danışmağı doğru hesab etmirəm. Onun müqaviləsi möhkəmdir, amma məsələn, bizdə Rocer Şmidtin işlədiyi şərtlərdən kənara çıxmır.
Birinci mövsümdə “xalis” üç milyon avro, ikinci mövsümdə isə dörd milyon? Təxminən belədir. Bu, Mourinyonun “Portuqaliya”dan getdiyi vaxtdan bəri aldığı ən aşağı maaşdır. Onun “Benfika”nı çalışdırmaq istəyi məni əmin etdi ki, məhz indi o, klub üçün ideal seçimdir.
Joze çox incə məqamı hiss etdi: təklifi qəbul etdi və çox nadir hallarda rast gəlinən bir şərtə - illik maaşının yarısından da az məbləğlə müqaviləni pozmağa imkan verən klausula - razı oldu. Bu addım klubun mövcud vəziyyətində inanılmaz dərəcədə vacib qərar idi. Bu cür jest onun “Benfika”ya hörmətinin və şəraitə anlayışının göstəricisidir”, - Rui Koşta bildirib.
Qeyd edək ki, Mourinyonun rəhbərliyi altında “Benfika” cari mövsümdə keçirdiyi üç oyunun ikisində qələbə qazanıb, birində isə heç-heçə edib.
Namiq HUN
tag: Joze Mourinyo,Benfika,Klub,Baş Məşqçi,Todaypress.tv,
