Yurgen Klopp baş məşqçi postuna qayıdır?
İdman
20.05.2025 11:29
“Liverpool” klubunun sabiq baş məşqçisi Yurgen Klopp məşqçilik karyerasını davam etdirmək qərarına gəlib.
TodayPress TV İtaliyanın “La Stampa” nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis “Roma” klubunun təklifini qəbul edib.
Kloppun mayın 18-də qərar verdiyi bildirilir.
Hazırda “Roma” İtaliya A Seriyasında son tura bir tur qalmış 6-cı pillədə qərarlaşıb.
Komandanı mövsümün sonuna qədər baş məşqçi Klaudio Ranyeri çalışdıracaq.
Qeyd edək ki, Yurgen Klopp 2015–2024-cü illər aralığında “Liverpool”u çalışdırıb.
Onun rəhbərliyi altında “qırmızılar” həm İngiltərə Premyer Liqasının, həm də UEFA Çempionlar Liqasının qalibi olublar.
2025-ci ilin əvvəlindən Klopp “Red Bull” futbol layihəsində qlobal idarəçi vəzifəsində çalışırdı.
Yeni mövsümdə isə Yurgen Kloppun A Seriyasında “Roma” klubu ilə yeni səhifə açacağı gözlənilir.
Namiq HUN
tag: Yurgen Klopp,Liverpul,Almaniya,Roma,Todaypress.tv,