“Vüqar Həşimov” klubu ilk onluğa yüksəldi

İdman

21.10.2025 08:59

Yunanıstanın Rodos adasında şahmat üzrə klublararası Avropa kuboku turniri keçirilir.

TodayPress TV xəbər verir ki, II turda “Vüqar Həşimov” klubu İsveçin “Lunds ASK” komandasına 5:1 hesabı ilə qalib gəlib.

Bu qələbədən sonra hesabına dördüncü xalını yazdıran komandamız ilk onluğa yüksəlib.

Breynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarovun heyətində yer aldığı Türkiyənin “Beyeqan Pendik” klubu da turnirdə ikinci qələbəsini qazanıb.

Qadın şahmatçılarımızdan Gövhər Beydullayevanın şərəfini qoruduğu Serbiyanın “Sirmium Sremska Mitrovica” və Ülviyyə Fətəliyevanın çıxış etdiyi Rumıniyanın “Superchess” komandası da turnirdə məğlubiyyətsiz irəliləyir.

İsveçrə sistemi üzrə keçirilən klublararası Avropa kuboku turniri oktyabrın 25-də başa çatacaq.

Namiq HUN

TodayPress TV

tag: Yunanıstan,Rodos,Avropa,Şahmat,Todaypress.tv,