Tyeri Anri: "Qarabağ" çox sadə, amma effektiv oynayır"

İdman

02.10.2025 16:17

“Futbol sadə bir oyundur. Çətin olan isə sadə oynamaqdır. “Qarabağ” sadəcə bunu edir”.

TodayPress TV xəbər verir ki, “CBS Sports” kanalının idman şərhçisi, futbol ulduzu Tyeri Anri Azərbaycan çempionunun UEFA Çempionlar Liqasında “Kopenhagen”lə matçını şərh edərkən bunu bildirib.

“Qarabağ” çox sadə, amma effektiv oynayır. Sürətli keçidlər və mütəmadi şiddətli qanad hücumları. Qanadlara nəzarət etmədən komandanı dayandırmaq üçün yüksəksəviyyəli, iqtisadi cəhətdən çox üstün bir kollektiv olmanız lazımdır. Futbol sadə bir oyundur. Çətin olan isə sadə oynamaqdır. “Qarabağ” sadəcə bunu edir”, - o qeyd edib.

Xatırladaq ki, Ağdam təmsilçisi Çempionlar Liqasının Liqa mərhələsinin II turunda doğma azarkeşləri önündə “Kopenhagen”i (2:0) məğlub edib. 

Namiq HUN

TodayPress TV 

tag: Qarabağ,Kopenhagen,UEFA,Çempionlar Liqası,Todaypress.tv,