“Tottenhem” ulduz futbolçusunu itirdi
İdman
07.08.2025 15:35
“Tottenhem”in yarımmüdafiəçisi Ceyms Meddison əməliyyat olunacaq.
TodayPress TV xəbər verir ki, “Tottenhem Hotspur” klubu rəsmi saytında komandanın aparıcı futbolçularından biri olan Ceyms Meddisonun ağır zədələndiyini açıqlayıb.
İngiltərəli yarımmüdafiəçiyə sağ dizində ön çarpaz bağın qopması diaqnozu qoyulub.
Futbolçu bu zədəni Honq-Konqda “Nyukasl”a qarşı keçirilən yoxlama görüşündə (1:1) alıb.
“Klub olaraq təsdiqləyirik ki, Ceyms Meddisona sağ dizindəki ön çarpaz bağın qopması səbəbilə əməliyyat lazım olacaq. Sonra o, reabilitasiya prosesinə başlayacaq və klubun tibbi heyətinin nəzarətində olacaq. Klub ailəsi olaraq Ceymsə tam və sürətli sağalma arzulayırıq, hər addımında onu dəstəkləyəcəyik”, – deyə klubun bəyanatında qeyd olunub.
Qeyd edək ki, “Tottenhem” yeni futbol mövsümünə avqustun 13-də İtaliyanın Udine şəhərində keçiriləcək UEFA Superkuboku matçı ilə start verəcək. Rəqib Fransa təmsilçisi PSJ klubu olacaq.
Namiq HUN
tag: Tottenhem,Ceyms Meddison,Nyukasl,Futbol,Todaypress.tv,