Tomas Parti azadlığa buraxıldı

İdman

05.08.2025 14:41

Londonun Vestminster maqistrat məhkəməsində keçirilən dinləmələrdən sonra “Arsenal” klubunun sabiq yarımmüdafiəçisi girov qarşılığında azadlığa buraxılıb. 

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabritsio Romano sosial şəbəkə "X"də yayıb.

Bildirilib ki, daha əvvəl Böyük Britaniyanın Kral Prokurorluq Xidməti (CPS) futbolçuya üç qadının şikayətləri əsasında ittiham irəli sürmüşdü. Hadisələrin 2021–2022-ci illər arasında baş verdiyi iddia olunur.

Qeyd edək ki, Tomas Parti “Arsenal”a 2020-ci ilin oktyabrında transfer olunub. O, ötən mövsüm London klubunun heyətində bütün turnirlərdə meydana çıxdığı 52 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə verib.

Mənbənin bildirdiyinə görə, Parti İspaniyanın “Vilyarreal” klubu ilə müqavilə imzalayacaq.

Namiq HUN

tag: Tomas Parti,Futbolçu,Məhkəmə,Azadlıq,Todaypress.tv,