Şou "Qırmızı şeytanlar"ı tərk edir
İdman
25.07.2025 18:30
İngiltərənin "Mançester Yunayted" klubunun müdafiəçisi Lük Şou komandadan ayrılmaq ehtimalını nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 30 yaşlı futbolçunun transferində Səudiyyə Ərəbistanının bir neçə klubu maraqlıdır və Şou danışıqlara açıqdır.
Təcrübəli müdafiəçi 2014-cü ildən "qırmızı şeytanlar"ın heyətində çıxış edir. Lakin 2024/25 mövsümündə baldır əzələsindəki zədə səbəbindən cəmi 12 oyunda iştirak edib və məhsuldar göstərici ilə yadda qalmayıb.
Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına əsasən, Lük Şounun bazar dəyəri 12 milyon avro təşkil edir.
Töhfə Səməd
tag: İngiltərə,Mançester Yunayted,Lük Şou ,Səudiyyə Ərəbistanı,Todaypress.tv,