Lekler Sinqapur, Bakı və Las Veqas mərhələlərini seçdi

İdman

16.09.2025 17:55

“Ferrari” komandasının pilotu Şarl Lekler “Formula 1” üzrə dünya çempionatının cari mövsümündə ən yaxşı nəticələr əldə edə biləcəyi üç trası açıqlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Autoracer məlumat yayıb. 

Lekler, Sinqapur, Bakı və Las Veqas mərhələlərini seçib. 

“Bakı trasını xoşlayıram, amma orada ötmələr asandır, buna görə də yarış çətin olacaq. Sinqapurda isə mənə yaxın olan bir trasdır, burada təsnifat turu çox önəmlidir, çünki yarışda ötmək çətindir. Düşünürəm ki, Sinqapurda, həmçinin, ola bilsin, Bakıda və Las Veqasda “Ferrari”nin qələbə şansları daha yüksəkdir. Amma favoritlər hələ də “McLaren” və “Red Bull”dur”, – deyə Lekler vurğulayıb.

Hazırda Şarl Lekler “Formula 1”in şəxsi hesabında beşincidir. Onun komandası “Ferrari” isə Konstruktorlar Kubokunda ikinci yerdə qərarlaşıb.

Namiq HUN

TodayPress TV

tag: Formula 1,Şarl Lekler,Bakı,Ferrari,Todaypress.tv,