Şahruddin Məhəmmədəliyev: “Mbappe hazırda ən yaxşı formadadır”
İdman
13.10.2025 09:50
Azərbaycan yığma komandasının və “Qarabağ” klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev Kilian Mbappe və Kriştianu Ronaldonu müqayisə edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Çempionat” nəşri məlumat yayıb.
“Mbappe çox güclüdür. Televizorda onun hərəkətlərinin sürəti real həyatda olduğu qədər hiss olunmur. O, çox iti və sürətlidir. Məncə, Fransa və Portuqaliya yığmaları güc baxımından bərabərdir. Fərq ondadır ki, biz portuqaliyalılarla qarşılaşanda Kriştianu artıq daha çox bombardir idi, driblinqə az üstünlük verirdi. Mbappe isə hazırda özünün ən yaxşı formasındadır”, - deyə Məhəmmədəliyev bildirib.
Xatırladaq ki, 2021-ci ilin martında Azərbaycan millisi Məhəmmədəliyevin qapıda yer aldığı oyunda Portuqaliya yığmasına 0:1 hesabı ilə məğlub olub. Yeganə qol müdafiəçi Medvedevin avtoqolu nəticəsində qeydə alınıb.
Namiq HUN
tag: Şahruddin Məhəmmədəliyev,Qapıçı,Mbappe,Futbol,Todaypress.tv,
