“Red Bull” mühəndisi şayiələrə münasibət bildirdi
İdman
15.08.2025 12:12
Maks Ferstappenin komandadan mümkün gedişi ilə bağlı yayılan xəbərlər gündəmi zəbt edib. şayiələrə münasibət bildirdi
TodayPress TV “Inside Line”a istinadən xəbər verir ki, “Red Bull”un baş yarış mühəndisi Stiven Noulz, son günlər komandanın pilotu Maks Ferstappenin mümkün gedişi ilə bağlı yayılan çoxsaylı şayiələrə aydınlıq gətirib.
“Belə şayiələri anlamaq çətindir. Paddokda həmişə çoxlu söhbətlər gedir - bəziləri sırf fərziyyələrdən ibarətdir, bəzilərinin isə müəyyən əsası olur. Hər birinə nə dərəcədə inanmaq lazım olduğunu bilmək çətindir. Amma əgər bu mövzu davamlı gündəmə gəlirsə, deməli, arxasında nəsə var. Mən Flavio Briatorenin idmana qayıdacağını təsəvvür belə etmirdim, amma indi o buradadır. Bəzən ən dəli şayiələr belə gerçək ola bilir? Tamamilə doğrudur”, — deyə Noulz bildirib.
Namiq HUN
tag: Red Bull,Maks Ferstappen,Formula 1,Dünya Çempionu,todaypress.tv,