Portuqaliyalı tennisçi dopinq səbəbindən cəmi bir ay cəzalandırıldı

İdman

25.09.2025 11:41

Dünyanın 234-cü raketkası, portuqaliyalı tennisçi Frederiko-Ferreyra Silva antidopinq qaydalarını pozduğuna görə bir aylıq diskvalifikasiya edilib. 

TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Tennisdə Dürüstlüyün Təminatı Agentliyi (ITIA) məlumat yayıb.

Silva fevral ayında qəbulu qadağan olunan trime-tazidin preparatına görə müsbət test nəticəsi verib. Tennisçi sübut edib ki, bu dərmanı idman təbabəti üzrə mütəxəssis həkim tərəfindən yazılan resept əsasında və milli tennis federasiyasının tövsiyəsi ilə qəbul edib. Onun günah dərəcəsi olduqca aşağı qiymətləndirilib.

Silva, mart ayında müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb. Sentyabrda isə ona bir aylıq diskvalifikasiya təklif olunub. Silvanın yarışlardan kənarda qaldığı müddət bu cəzanı üstələdiyi üçün tennisçiyə artıq turnirlərdə iştirak etməyə icazə verilib.

Namiq HUN

TodayPress TV

tag: Tennisçi,Dopinq,Cəza,Qərar,Todaypress.tv,