“Neftçi” Yohan Kruyff İnstitutu ilə Əməkdaşlıq Memorandumu imzaladı

İdman

26.05.2025 15:50

7

 “Neftçi” İdman Klubunun nümayəndə heyəti Yohan Kruyff İnstitutunun rəsmi dəvəti ilə Barselona şəhərinə səfər edib.   

TodayPress TV xəbər verir ki, “Neftçi”ni səfərdə İdarə Heyəti sədrinin müşaviri Fərəc Əliyev və Beynəlxalq əlaqələr və kommunikasiyalar departamentinin rəisi Emil Kərimov təmsil ediblər. 

Səfər zamanı klub nümayəndələri institutun təşkil etdiyi "Cruyff Networking" tədbirində iştirak etməklə yanaşı, ikitərəfli görüşlər keçirərək mümkün əməkdaşlıq istiqamətləri, qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər. 

İki qurum arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Sənəd tərəflər arasında beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə və bu istiqamətdə yeni imkanların açılmasına, idmançı, məşqçi və inzibati heyətin peşəkar karyera inkişafının dəstəklənməsinə, idman sahəsində araşdırmalara dair təcrübə mübadiləsinin aparılmasına, birgə idman tədbirləri, seminarlar və konfransların təşkilinə, həmçinin sosial və media sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinə mühüm töhfə verəcəkdir.   

Namiq HUN

tag: Neftçi,Memorandum,İmza,Klub,Todaypress.tv,