NBA-da pley-off həyəcanı davam edir
İdman
20.06.2025 11:04
ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) pley-off final seriyasının altıncı oyunu keçirilib.
TodayPress TV xəbər verir ki, İndianapolisin “Bankers Life Fieldhouse” arenasında “İndiana Peisers” komandası “Oklahoma Siti Thunder” üzərində 108:91 hesablı qələbə qazanaraq seriyada bərabərliyə nail olub 3:3.
Görüşdə meydan sahibləri ilk dəqiqələrdən üstün oyun nümayiş etdirərək rəqibinə şans verməyib. “İndiana”nın heyətində ən məhsuldar oyunçu 20 xalla Obi Toppin olub. “İndiana”nın qələbəsində 17 xalla Endryu Nembhard və 16 xalla Paskal Siakam da pay sahibi olublar.
“Oklahoma”nın lideri Şey Gilces-Aleksander isə 21 xal, 4 ribaund və 2 assistlə komandasının ən yaxşısı olub.
Qeyd edək ki, final seriyasının taleyi 23 iyun tarixində Oklahomada keçiriləcək yeddinci və həlledici oyunda həll olunacaq. Məhz bu qarşılaşmadan sonra 2024/25 mövsümünün NBA çempionu müəyyənləşəcək.
Namiq HUN
tag: NBA,İndiana Peysers,Oklahoma,Matç,Todaypress.tv,