Muaytayçıların Əbu-Dabi uğuru
İdman
24.09.2025 15:23
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə gənclər arasında muaytay üzrə dünya çempionatı keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mundialda Azərbaycan idmançıları uğurla çıxış edib. İdmançılarımızdan Elmir Talıbov və Ömər Mehrəliyev muaytay üzrə dünya çempionatının gümüş medalını qazanıblar. Ramal Səmədzadə isə mundialın bürünc medalına sahib çıxıb.
Namiq HUN
tag: BƏƏ,Muaytay,Uğur,Mundial,Todaypress.tv,
