Messi rəqib futbolçudan üzr istədi
İdman
01.08.2025 10:07
Meksikanın “Atlas” klubunun hücumçusu Matias Kokkaro Liqa Kuboku matçında “İnter Mayami”nin ulduzu Lionel Messinin davranışı barədə fikirlərini bölüşüb.
TodayPress TV Infobae.com-a istinadən xəbər verir ki, Messi matçın sonunda vurulan qələbə qolunu onun üzünə qarşı nümayişkaranə şəkildə qeyd edib, lakin görüşdən sonra yaxınlaşaraq Kokkarodan üzr istəyib.
“Biz hesabı bərabərləşdirəndə, komanda yoldaşlarımı ruhlandırırdım, ikinci qolu axtarmağa çağırırdım. Messi bunu düzgün başa düşmədi. Onlar ikinci qolu vurduqda, o, bunu düz qarşımda qeyd etdi. Amma matçdan sonra yaxınlaşıb üzr istədi. Bu onun insan kimi böyüklüyünü göstərir. O, hər şeyi qazanıb, 38 yaşında hələ də ideal formadadır və qalib gəlmək istəyir. Mən ona heç nə deyə bilmərəm – o, tarixin ən yaxşısıdır. Mən ona dedim: “Sənin qarşında susuram”. Eyni sözlər Suaresdə də keçərlidir – o mənim kumirimdir,” – deyə Kokkaro bildirib.
Qeyd edək ki, 31 iyulda keçirilən matçda “İnter Mayami” “Atlas” üzərində 2:1 hesablı qələbə qazanıb. Messi qarşılaşmada iki məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Meksika,Atlas,Liqa Kuboku,Messi,Todaypress.tv,