Avropa çempionatından qazancımız 5 medal oldu
İdman
09.10.2025 18:43
Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov (50 kq) Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında qızıl medal qazanıb.
TodayPress TV xəbər verir ki, millinin lideri finalda italiyalı Tommaso Orlando ilə qarşılaşıb.
Nəzərov rəqibini (5:0) məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu tituluna yiyələnib və Çexiyada Azərbaycan himnini səsləndirib.
Banuçiçək Nəsirli (48 kq) isə finalda Matilda Fraqnierlə (Fransa) döyüşüb. Rəqib qalib gəldiyindən boksçumuz gümüş medalla kifayətlənib.
Milli üzvlərindən Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və İlkanə Əhmədova (+80 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Namiq HUN
tag: Boksçu,Bilalhəbəşi,Çexiya,Tommaso Orlando,Todaypress.tv,
