İdman tarixinin ən böyük sövdələşməsi

İdman

19.06.2025 09:58

“Los-Anceles Leykers” basketbol klubunun idarəçiliyini həyata keçirən Bass ailəsi komandanın nəzarət paketini satmaq qərarına gəlib. 

TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Nəzarət payını ABŞ iş adamı və TWG Global şirkətinin rəhbəri Mark Uolter alacaq. Satışın dəyəri 10 milyard dollar olaraq qiymətləndirilir və bu, idman tarixində ən böyük klub satışı olacaq.

Qeyd edək ki, Mark Uolter 2021-ci ildən bəri “Leykers”in səhmdarlarından biridir və o vaxtdan klubun əsas payını almaq üçün öncül hüquqa malik idi. Uolter həmçinin MLB təmsilçisi “Los-Anceles Dodcers”, WNBA klubu “Los-Anceles Sparks” və “Formula-1”də “Kadillac” komandalarının sahibidir.

Sövdələşməyə baxmayaraq, Cinni Bass “Leykers” klubunun idarə heyətinin sədri vəzifəsində fəaliyyətini davam etdirəcək.

Namiq HUN

tag: Los-Anceles,Klub,Basketbol,Sövdələşmə,Todaypress.tv,