Medvedev Zelenskini Saakaşvilinin taleyi ilə hədələdi
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ukrayna Prezidenti Volodimir Zelenskini sərt şəkildə hədəfə alıb.
TodayPress TV xəbər verir ki, o, Zelenskini yaxın gələcəkdə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin taleyinin gözlədiyini iddia edib.
Sədr müavini bildirib ki, Zelenski bir müddət sonra nə öz vətəndaşlarına, nə də Qərbə lazım olacaq. Medvedev həmçinin Ukrayna liderinin “cinayətlərə görə” beynəlxalq tribunal qarşısında dayanacağını irəli sürüb.
Türkan İsgəndərli