Azərbaycan nefti ucuzlaşdı
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 1,99 ABŞ dolları və ya 2,05% ucuzlaşaraq 95,13 ABŞ dollarına enib.
TodayPress TV xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,08 dollar və ya 2,22% ucuzlaşaraq 9,62 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,88 dollar və ya 2,67% azalaraq 68,41 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,83 dollar və ya 1,94% azalaraq 92,60 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.