MDB Oyunları: U-16 millisi finalda - YENİLƏNDİ
İdman
01.10.2025 17:08
Azərbaycanın 16 yaşadək oğlan futbolçulardan ibarət millisinin III MDB Oyunlarının finalındakı rəqibi müəyyənləşib.
TodayPress TV xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Rusiya yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, Rusiya komandası B qrupunun ikinci matçında Özbəkistanı (2:1) məğlub edərək adını finala yazdırıb.
Futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq.
***
14:21
Azərbaycanın 16 yaşadək futbolçualardan ibarət yığma komandası III MDB Oyunlarında finala yüksəlib.
TodayPress TV xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Qırğızıstan millisi ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda baş tutan görüş millimizin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Tunar Bayramov (53-cü dəq), Əli Bəşirov (70 və 75-ci dəq) və Roman Fərzəli (79-cu dəq) fərqləniblər.
Qeyd edək ki, U-16 finalda Rusiya - Özbəkistan cütünün qalibi ilə görüşəcək.
Namiq HUN
tag: MDB,U16,Milli,Futbol,Todaypress.tv,
 
        
 
                                ![Boksçumuz Portuqaliyada [[qızıl medal]] qazandı](/uploads/news/68749847e7d93.webp) 
                                            ![Keçmiş boksçu [[vəfat etdi]]](/uploads/news/68b5bbe9b6558.webp) 
                                            ![“Nyukasl” [[Şeşkonu]] transfer etməkdə israrlıdır](/uploads/news/689194e335185.webp) 
                                            ![“Sabah” [[daha bir]] futbolçusu ilə vidalaşdı](/uploads/news/685aabde7a711.webp) 
                                            ![“Fənərbağça” [[Kərəm Aktürkoğlunun]] keçidini rəsmiləşdirdi](/uploads/news/68b5ee44b3216.webp) 
                                            ![[[Santuş üçün "son zəng" çalındı:]] Mənasız qərar, milyonlarla təzminat...](/uploads/news/68bfdc9e0e1e1.webp) 
                                            ![Güləşçilərimiz dünya çempionatında [[1 qızıl və 2 bürünc medal qazana bilər]]](/uploads/news/68a7573f274bf.webp) 
                                            ![Dimitrov Şanxay [[“Masters”dən imtina etdi]]](/uploads/news/68d3aa7da181d.webp) 
                                            ![[["Tottenhem"]] Argentina millisinin üzvü ilə müqavilə müddətini uzatdı](/uploads/news/68a35547379c5.webp) 
                                            ![Universiadada gimnastlarımız [[2 qızıl, 1 gümüş medal qazandılar]]](/uploads/news/687ce64c37987.webp) 
                                            