Mbappe “Qızıl Buts” mükafatını qazandı

İdman

26.05.2025 09:13

2

“Real Madrid” klubunun hücumçusu Kilian Mbappe 2024/25 mövsümündə Avropanın ən məhsuldar futbolçusu olaraq “Qızıl Buts” mükafatına layiq görülüb.   

TodayPress TV xəbər verir ki, fransalı futbolçu La Liqadakı debüt mövsümündə 31 qol vuraraq bu prestijli mükafatı qazanıb. 

“Sportinq” klubunun hücumçusu Viktor Gyökereş mövsüm ərzində daha çox, 39 qol vursa da, Portuqaliya çempionatının aşağı əmsala malik olması səbəbindən siyahıda ikinci yeri tutub. 

Mbappe bu mükafatı qazanan ilk fransalı futbolçu olub. Sonuncu dəfə bu uğura 2004/05 mövsümündə Tyerri Anri nail olmuşdu.

26 yaşlı futbolçu həm də 2014/15 mövsümündə Kriştiano Ronaldodan sonra “Real Madrid”in heyətində “Qızıl Buts” mükafatına sahib çıxan ilk futbolçudur. 

2024/25 mövsümünün “Qızıl Buts” sıralaması: 

1. Kilian Mbappe (“Real Madrid”)     31 qol × 2 = 62 xal

2. Viktor Gyökereş (“Sportinq”)         39 qol × 1.5 = 58.5 xal

3. Məhəmməd Salah (“Liverpul”)       29 qol × 2 = 58 xal

4. Robert Levandovski (“Barselona”) 27 qol × 2 = 54 xal

5. Harri Keyn (“Bavariya”)                  26 qol × 2 = 52 xal   

Namiq HUN

tag: Mbappe, Real Madrid, Fransa, Azarkeş, todaypress.tv,