“Mançester Yunayted” Leau üçün hərəkətə keçdi
İdman
28.06.2025 17:00
“Mançester Yunayted” yay transfer pəncərəsində əsas hədəf kimi “Milan”ın portuqaliyalı cinah hücumçusu Rafael Leaunu seçib.
TodayPress TV xəbər verir ki, bu barədə Caught Offside məlumat yayıb.
Məlumata görə, “qırmızı şeytanlar” 26 yaşlı futbolçu üçün ilk təkliflərini yaxın günlərdə göndərəcəklər. İngiltərə klubu Leau üçün təxminən 60 milyon funt sterlinq ödəməyi planlaşdırır. “Milan” isə futbolçunun transferinə 68-85 milyon funt arası məbləğdə razı ola bilər.
Leauya “Mançester Yunayted”dən başqa “Arsenal” və “Çelsi” də maraq göstərir. “Topçular” artıq hücumçunun nümayəndələri ilə birbaşa danışıqlara start verib.
Qeyd edək ki, portuqaliyalı futbolçu son mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 12 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalı Leaunun bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir.
Namiq HUN
tag: Mançester Yunayted,Rafael Leau,Klub,Transfer,Todaypress.tv,