Klopp: “Klublararası dünya çempionatı tarixin ən pis ideyasıdır”

İdman

28.06.2025 16:10

“Liverpul” klubunun sabiq baş məşqçisi Yurgen Klopp ABŞ-də keçirilən klublararası dünya çempionatını kəskin tənqid edib. 

TodayPress TV Mundo Deportivoya istinadən xəbər verir ki, alman mütəxəssis turnirin futbolçuların sağlamlığına ciddi risk yaratdığını bildirib.

“Klublararası dünya çempionatı - futbol tarixində həyata keçirilmiş ən pis ideyadır. Bu ideyalar futbolla heç vaxt əlaqəsi olmayan insanların ağlına gəlir. Növbəti mövsümdə oyunçuların indiyədək görünməmiş zədələr alacağından qorxuram. Bu turnir yanlış səbəblərlə və tamamilə qeyri-münasib vaxtda təşkil olunub.

Mən başa düşürəm ki, bu turnirdə iştirak üçün böyük pullar təklif olunur. Amma ötən il Amerika Kuboku və Avropa çempionatı oldu. Bu il klub mundialıdır, gələn il isə dünya çempionatı keçiriləcək. Bu, o deməkdir ki, aparıcı oyunçular nə fiziki, nə də mənəvi baxımdan bərpa olunmağa vaxt tapmayacaqlar”.

Namiq HUN

tag: Yurgen Klopp,Liverpul,Tənqid,DÇ,Todaypress.tv,