Karateçilərimiz Kişineuda 6 medal qazandılar
İdman
17.06.2025 14:24
Azərbaycan karateçiləri Moldovanın paytaxtı Kişineuda keçirilən “Chisinau Karate Open Grand Prix” turnirində 6 medal qazanıblar.
TodayPress TV Deflimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirdə 6 eşitmə məhdudiyyətli karateçi Azərbaycanı təmsil edib.
Baş məşqçi Seymur Xudaverdiyevin rəhbərlik etdiyi komandanın “Senior Deaf” kateqoriyası üzrə keçirilən turnirdən qazancı 1 qızıl, 2 gümüş və 3 bürünc medal olub.
Yarışın baş mükafatı Elnur Qasımzadənin (67 kq) aktivindədir. Yalnız finalda məğlubiyyətlə barışan Hikmət Ağayevlə (60 kq), Əliəkbər Əlizadə (75 kq) turnirin gümüş medallarına sahib olublar. Şaiq Osmanov (75 kq), Sahib Sahibli və Elmin Hüseynli (hər ikisi 84 kq) isə öz çəkilərində ilk üçlüyü tamamlayıblar.
Namiq HUN
tag: Azərbaycan,Karate,Medal,Uğur,Todaypress.tv,

