Jeremi Roten: “Messi Parisdə heç kəsi hörmətlə qarşılamadı”
İdman
25.06.2025 16:02
“Pari Sen-Jermen” klubunun sabiq yarımmüdafiəçisi Jeremi Roten argentinalı ulduz futbolçu Lionel Messi haqda sərt fikirlər səsləndirib.
TodayPress TV xəbər verir ki, Fransanın RMC Sport nəşrinin yaydığı məlumatda Roten Messinin Parisdəki çıxışı zamanı fransızlara və kluba hörmətsizlik etdiyini bildirib:
“Nə üçün şikayət edirsən? Guya sənə hörmət olunmayıb və səni klubdan qovublar? Bəs sən kimin hörmətini qazandın? Heç kimin! Ümumiyyətlə! Fevrala qədər bir dənə də olsun qol vurmamışdı. İndi isə cəsarət tapıb PSJ-ni tənqid edir. Guya ailəsi Parisdə xoşbəxt deyildi. Bilirsiniz, o harada yaşayırdı?
500 kvadratmetrlik, tam mühafizə olunan villada, uşaqları üçün isə şəxsi məktəb təşkil olunmuşdu. Və o, burada özünü narahat hiss edirdi? Bunu bizə inandıra bilməzsiniz”.
Qeyd edək ki, hazırda ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən Messi 2021–2023-cü illərdə PSJ-nin formasını geyinib.
Namiq HUN
tag: Jeremi Roten,PSJ,Messi,Tənqid,Todaypress.tv,