İsayev: “Musayev məndən meydanın mərkəzində maşın yaratdı”
İdman
27.08.2025 11:39
“Qarabağ” klubunun və Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksey İsayev keçmiş baş məşqçisi Murad Musaev barədə xoş fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “Çempionat” nəşri məlumat yayıb.
“Murad Olegoviçə və bütün onun qərargahına salam göndərirəm. Onlara çox hörmət edir və dəyərləndirirəm, hələ də izləyir və narahat oluram. Musaev mənə yetkin, peşəkar futbolçu kimi inandı. Xarakter baxımından da ortaq nöqtələrimiz çox idi. Onun iş üslubu xoşuma gəlirdi. Özümü evdəki kimi hiss edirdim. Əvvəllər daha çox “10 nömrə” – azad oyunçu rolunda çıxış edirdim. Musaevin dövründə isə “8 nömrə”, oyunu quran mövqedə oynamağa başladım və bu rolu sevdim. İndi mənim üçün ən yaxşı mövqe box-to-box yarımmüdafiəçidir.
Əlbəttə, bu, məhsuldarlığıma bir qədər təsir etdi. Mən də əsəbiləşirdim ki, komanda yoldaşlarım qol vurur, amma mən yox. Qapıya daha yaxın oynamaq istəyirdim. Amma Murad Olegoviç daim mənimlə danışır, yeni mövqedə komanda üçün daha çox fayda verdiyimi izah edirdi. O, məndən meydanın mərkəzində maşın yaratdı. Həmin mövsüm ikinci olduq və çox cüzi fərqlə indiki klubum “Qarabağ”a uduzduq. Musaev çox mədəni və səliqəli insandır. Məşqçi kimi daim inkişaf etməyə, yeniliklər öyrənməyə can atır. Futbolçunun meydandan kənar həyatı da ona laqeyd deyil. Yüksək səviyyəli mütəxəssisdir,” – deyə İsayev bildirib.
Qeyd edək ki, Aleksey İsayev Krasnoyarsk futbol məktəbinin yetirməsidir. “Qarabağ” klubunun yarımmüdafiəçisi peşəkar karyerasında Rusiyanın “Yenisey”, “Zenit-2” və Azərbaycanın “Sabah” klublarında çıxış edib.
Namiq HUN
tag: Aleksey İsayev,Qarabağ,Müdafiəçi,Klub,Todaypress.tv,