“İnter” axtardığını tapdı - YENİLƏNDİ

İdman

04.06.2025 17:17

Yeni baş məşqçi axtarışında olan Milanın “İnter” klubu Sesk Fabreqasla anlaşıb.

TodayPress TV xarici mətbuata istinadən xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə olunub. 

“İnter”in təklif etdiyi məbləğ ispaniyalı mütəxəssisi qane edib.

Hazırda “Komo”ya rəhbərlik edən məşqçinin klubla 2028-ci ilin yayınadək müqaviləsi var.

Namiq HUN

***

09:27

Milanın “İnter” klubu baş məşqçi Simone İnzaqinin komandadan ayrılmasından sonra onu əvəzləyəcək yeni çalışdırıcı axtarışına başlayıb. 

TodayPress TV xəbər verir ki, tanınmış futbol insayderi Fabrisio Romano bu barədə sosial şəbəkə platforması “X”də məlumat yayıb.

Bildirilir ki, “İnter” rəhbərliyi hazırda İtaliyanın “Komo” klubunun baş məşqçisi Sesk Fabreqasla danışıqlara başlamaq niyyətindədir.

“Neradzurri” artıq “Komo”ya rəsmi müraciət edərək 38 yaşlı ispaniyalı mütəxəssislə birbaşa əlaqə üçün icazə istəyib. Fabreqasın 2028-ci ilin yayına qədər “Komo” ilə uzunmüddətli müqaviləsi var. Buna görə “İnter” birbaşa danışıqlar apara bilmir və hüquqi prosedurlara əməl etməyə məcburdur.

Qeyd edək ki, “İnter” yaxın vaxtlarda öz layihəsini Fabreqasa təqdim etməyə hazırlaşır.

Xatırladaq ki, bir neçə gün öncə baş məşqçi Simone İnzaqi “İnter”dən ayrıldığını rəsmən açıqlayıb. İddialara görə, italiyalı mütəxəssisə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu baş məşqçi vəzifəsini təklif edib və İnzaqi dəvəti qəbul edib.

Namiq HUN

tag: İnter,İnzaqi,Komo,Fabreqas,todaypress.tv,