“Barselona”nın qapıçısı 4–6 həftə oynaya bilməyəcək

İdman

27.09.2025 17:14

“Barselona” klubu qapıçısı Joan Qarsiyanın əməliyyatı ilə bağlı rəsmi açıqlama yayıb. 

TodayPress TV xəbər verir ki, ispaniyalı qolkiper La Liqanın “Ovyedo” ilə (1:3) oyununda zədələnmişdi.

Klubun sosial şəbəkə X-də açıqlamasında deyilir: 

“Joan Qarsiya bu gün səhər “Barselona” xəstəxanasında sol dizinin daxili meniskinin yırtılması səbəbindən əməliyyat olunub. Bərpa müddəti reabilitasiyanın gedişindən asılı olaraq dörd-altı həftə təşkil edəcək”.

Xatırladaq ki, Joan Qarsiya bu yay “Barselona”ya transfer olunub. O, indiyədək bütün turnirlərdə 7 matçda iştirak edib. Qarsiya bu oyunlardan 3-də qapısını toxunulmaz saxlayıb. Futbolçunun Kataloniya təmsilçisi ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında futbolçunun bazar dəyəri 25 milyon avro qiymətləndirilir. 

Namiq HUN

TodayPress TV

tag: Barselona,Qapıçı,Zədə,Klub,Todaypress.tv,