Hücumçu milli komandadan göndərildi
İdman
15.10.2025 14:21
Azərbaycan yığma komandasının futbolçusu Renat Dadaşovun DÇ-2026-nın seçmə mərhələsinin IV turunda Ukrayna yığmasına qarşı oyunda (1:2) iştirak etməməsinin səbəbi məlum olub.
TodayPress TV “azerisport.com”a istinadən xəbər verir ki, hücumçu Fransaya qarşı keçirilən oyunun ikinci hissəsində meydana buraxılmalı imiş.
Taktiki və oyunla bağlı səbəblərə görə, onun əvəzinə başqa bir futbolçu oyuna daxil edilib. Bu qərar hazırda ən yaxşı formada olmayan 26 yaşlı hücumçunun xoşuna gəlməyib və o, narazılığını baş məşqçi Ayxan Abbasova bildirib. Nəticədə Renat Dadaşov Ukrayna ilə görüşün iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, bu səbəbdən Renat Dadaşovun Ayxan Abbasov milli komandanın baş məşqçisi olduğu müddətdə milliyə çağırılıb-çağırılmayacağı sual altındadır.
Namiq HUN
tag: Azərbaycan,Futbol,Renat Dadaşov,DÇ,Todaypress.tv,
