Fernandu Santuş: “Məqsədimiz yaxşı hazırlaşıb qələbə qazanmaqdır”

İdman

23.05.2025 17:02

4

Futbol üzrə Azərbaycan millisinin məqsədi yoxlama oyunlarında qələbə qazanmaq olacaq.   

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib. 

O, bəzi futbolçuları zədə səbəbindən dəvət edə bilmədiyini söyləyib: 

“Əvvəlki təlim-məşq toplanışında Ramil Şeydayevlə Ozan Can Kökçü dəvət almışdı. Amma son zamanlar özlərini yaxşı tərəfdən göstərə bilmədikləri üçün bu dəfə dəvət almayıblar. Növbəti toplanışlarda şansları ola bilər. Millinin qapısı hamının üzünə açıqdır. Hər məşqçinin qərarına hörmətlə yanaşıram. Milliyə dəvət edilən futbolçular mütəmadi şəkildə oynamalıdırlar. Xaricdə çıxış edən oyunçularımız çox azdır. Millidə oynayırsansa, motivasiya olmalıdır”. 

Santuş Azərbaycan Kubokunun finalında oynayacaq futbolçulara üç gün istirahət veriləcəyini də vurğulayıb. 

Qeyd edək ki, Azərbaycan yığma komandası portuqaliyalı mütəxəssisin rəhbərlik altında iyunun 7-də səfərdə Latviya, bundan 3 gün sonra isə Bakıda Macarıstan yığması ilə üz-üzə gələcək.   

Namiq HUN

tag: Fernandu Santuş,Baş Məşqçi,Futbol,Milli Komanda,Todayperss.tv,