Donnarumma PSJ-dən gedir?
İdman
02.08.2025 09:34
PSJ klubu qolkiperi Canluici Donnarummanı “Lill”in qapıçısı Luka Şevalyenin mümkün transferi barədə məlumatlandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “RMC Sport” nəşri məlumat yayıb.
Bildirilir ki, klub rəhbərliyi Donnarummaya Şevalyenin yaxın günlərdə komandaya transfer oluna biləcəyini çatdırıb.
İndi italiyalı qapıçının qarşısında iki seçim var: ya yayda komandadan ayrılmaq, bu hal PSJ tərəfindən müsbət qarşılanacaq, ya da heyətdə qalaraq növbəti mövsümdə rəqabət və mümkün gərginliklə üzləşmək.
Donnarummanın Paris klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır. Anlaşmanın uzadılması ilə bağlı danışıqlar nəticəsiz qalıb.
Qeyd edək ki, PSJ Luka Şevalye ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb və transfer üçün 40 milyon avro ödəməyə hazırdır.
Namiq HUN
tag: Canluici Donnarumma,PSJ,Qapıçı,Klub,Todaypress.tv,