ÇL: “Qarabağ” Liqa mərhələsinin bir addımlığında
İdman
27.08.2025 10:17
“Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinin cavab oyununa çıxacaq.
TodayPress TV xəbər verir ki, Azərbaycan çempionunu ÇL-in Liqa mərhələsindən saatlar ayırır.
“Qarabağ” Macarıstanda 3:1 hesabı ilə məğlub etdiyi “Ferentsvaroş”u Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Fransalı referi Kleman Tyurpenin fit sahibi olacaq matç saat 20:45-də start götürəcək.
“Köhlən atlılar” “Ferentsvaroş”u iki oyunun cəmində məğlub edəcəyi təqdirdə tarixində 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək. Bakı qarşılaşmasında “Qarabağ”ı minimal hesablı məğlubiyyət və ya heç-heçə qane edir.
Xatırladaq ki, Qurban Qurbanovun komandası 2017-ci ildə Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsində mübarizə aparıb.
Namiq HUN
tag: Qarabağ,UEFA,Liqa,Mərhələ,Todaypress.tv,
 
        
 
                                ![Çempionlar Liqasının [[favoritləri açıqlandı]]](/uploads/news/68c13c422802b.webp) 
                                             
                                            ![UEFA bu komandanı on il müddətinə [[avrokuboklardan kənarlaşdırdı]]](/uploads/news/6877d0344dc97.webp) 
                                            ![Mbappe [[rekord qırdı]]](/uploads/news/68427c1230d52.webp) 
                                            ![UEFA [[Fliki]] bağışladı](/uploads/news/68c5540d61f16.webp) 
                                            ![[[Çempionlar Liqası:]] "Qarabağ"ın təqvimi açıqlandı](/uploads/news/68b2d5b02a2b3.webp) 
                                            ![“Qarabağ” [[“Ferentsvaroş”a]] qarşı](/uploads/news/68a406e268b08.webp) 
                                            !["Araz-Naxçıvan"la "Sabah" [[UEFA Konfrans Liqasında]] ilk matça çıxacaq](/uploads/news/6881c78e6f233.webp) 
                                            ![“Qarabağ” [[ilk üçlükdə]] qərarlaşdı](/uploads/news/689c66bb3fb63.webp) 
                                            ![Donnarumma [[UEFA Superkubokunda]] oynamayacaq](/uploads/news/689acd4634406.webp) 
                                            