BOK prezidenti Papa Lev XIV ilə görüşdü
İdman
17.06.2025 12:38
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Roma və Vatikan səfəri çərçivəsində Roma Papası, Müqəddəs Lev XIV ilə şəxsi görüş keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat BOK-un rəsmi saytında yayımlanıb.
Tərəflər görüş zamanı həmrəyliyin və sülhün simvolu kimi Olimpiya dəyərlərinin önəmini vurğulayıblar və bu dəyərlərin necə möhkəmləndirilə biləcəyi barədə fikir mübadiləsi aparıblar.
Bax, 2024-cü il Paris Yay Olimpiya Oyunları zamanı bütün dünyaya çatdırılmış ümid və sülh mesajı barədə Papa Lev XIV-ə məlumat verib. Sözügedən mesaj Olimpiya oyunlarından öncə dünyanın hər yerindən - bütün milli olimpiya komitələrinin nümayəndələrindən və qaçqınlardan ibarət Olimpiya komandası daxil olmaqla, xüsusilə də Ukrayna, Rusiya, İsrail, Fələstin, İran və Yəməndən olan idmançılardan daxil olmuşdu.
Tərəflər görüş zamanı həmçinin qaçqınlardan ibarət Olimpiya komandasının fəaliyyəti və süni intellekt sahəsində BOK-un gündəlik planları barədə də müzakirələr aparıblar.
Namiq HUN
tag: BOK,Tomas Bax,Papa,Görüş,Todaypress.tv,