Bellinqem 3 ay futboldan uzaq qalacaq

İdman

21.05.2025 10:58

3

“Real Madrid” klubunun yarımmüdafiəçisi Cud Bellinqem mövsüm bitdikdən sonra çiyin əməliyyatı olunacaq.   

TodayPress TV xəbər verir ki, bu barədə The Athletic nəşri məlumat yayıb. 

Futbolçu 2023-cü ilin noyabrından etibarən çiyinindəki zədə səbəbilə sabitləyici bandajla oynayır.   

Cərahiyyə əməliyyatı 15 iyun - 13 iyul tarixlərində ABŞ-da keçiriləcək Klublararası Dünya Çempionatından sonra baş tutacaq.  Futbolçunun reabilitasiya prosesi təxminən 12 həftə çəkəcək.

Bellinqem böyük ehtimalla La Liqanın 2025/2026 mövsümünün startını buraxacaq. 

Qeyd edək ki, cari mövsümdə Cud Bellinqem 50 matçda meydana çıxaraq 13 qol vurub və 14 məhsuldar ötürmə edib. Onun “Real Madrid”lə olan müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. 

Namiq HUN

tag: Real Madrid,Bellinqem,Zədə,Klub,Todaypress.tv,