Raul üç Avropa klubundan təklif aldı
“Real Madrid”in sabiq hücumçusu Raul Qonzales klubun ikinci komandası “Kastilya”nın baş məşqçisi vəzifəsindən ayrılmağa qərar verib.
TodayPress TV xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.
İspaniyalı mütəxəssisi öz layihəsinin rəhbəri kimi görmək istəyən üç klub var.
Bunlar “Vilyarreal” klubu, ötən mövsüm Premyer Liqaya vəsiqə qazanan İngiltərənin “Lids” komandası və Almaniyanın “Şalke” klubudur.
Qeyd edək ki, Raul Qonzales peşəkar futbolçu karyerasını məhz “Şalke” klubunda başa vurub.
Helzenkirhen təmsilçisi hazırda II Bundesliqada çıxış edir. Komanda son mövsümü 38 xalla 14-cü pillədə tamamlayıb.
Xatırladaq ki, Raulun “Kastilya”dan ayrılmaq qərarı, əsas komandaya baş məşqçi postuna Xabi Alonsonun gətirilməsindən sonra verilib.
Namiq HUN
tag: Raul Qonzales,Klub,Transfer,Məşqçi,Todaypress.tv,