Avarçəkənlərimiz Qazaxıstanda 14 medal qazandı
İdman
02.06.2025 18:12
Qazaxıstanın Uralsk şəhərində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş kayak və kanoe üzrə beynəlxalq reqata təşkil olunub.
TodayPress TV xəbər verir ki, komandamız yarışda 3 qızıl, 6 gümüş və 5 bürünc olmaqla ümumilikdə 14 medal qazanıb.
İvan Vorobjanskiy bir nəfərlik kayak qayığında həm 200, həm də 500 metr məsafədə yarışlarda qızıl medala sahib olub. Həmçinin 200 metrdə Elmir Tarverdiyev 2-ci, 500 metrdə Mustafa Vəlizadə 3-cü yer tutub.
İki nəfərlik kayak qayığında 500 metr məsafədə İvan Vorobjanskiy – Vacib Babayev cütlüyü bütün rəqiblərini qabaqlayıb. Mustafa Vəlizadə və Elmir Tarverdiyev dueti finişi ikinci keçib.
İvan Vorobjanskiy birgə yarışda bürünc medal qazanıb. 200 metr məsafəyə yarışlarda İvan Vorobjanskiy - Hüseyn Həsənov dueti 2-ci, Vacib Babayevlə Nuran Rəhimli cütlüyü isə fəxri kürsünün 3-cü pilləsinə qalxıblar.
Kanoedə Hüseyn Səmədli 3 kateqoriya üzrə mükafatçılar sırasına düşüb. O, 200 metr məsafədə bir nəfərlik qayıqda bürünc, iki nəfərlik qayıqda gümüş medal qazanıb. 500 metr məsafədə iki nəfərlik qayıqda isə Hüseyn Səmədli 3-cü olub.
Namiq HUN
tag: Avarçəkmə,Yarış,Medal,Uğur,Todaypress.tv,