Atletimiz Avropa birinciliyində 2 qızıl 1 gümüş medal qazandı

İdman

24.07.2025 15:26

İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U15 və yeniyetmələrin Avropa birinciliyi davam edir.

TodayPress TV xəbər verir ki, yarışın ikinci günü atletlərimizdən Musab Məmmədtağıyev U15 kateqoriyasında mübarizəyə qoşulub.

56 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 93 kq nəticə göstərərək qızıl medala sahib olub. Musab təkanla qaldırma hərəkətində də uğurla çıxış edib.

O bu dəfə 109 kq çəkini başı üzərinə qaldıraraq gümüş medala layiq görülüb.

Beləliklə, iki hərəkətin cəmində 202 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin qalibi adını qazanıb. 


tag: İspaniya,Madrid ,U15,Avropa birinciliyi,Todaypress.tv,

photo