Arda Güler Alonsonun qüruruna çevrildi

İdman

24.10.2025 09:15

“Real Madrid” klubunun baş məşqçisi Xabi Alonso türkiyəli yarımmüdafiəçi Arda Gülerin inkişafını yüksək qiymətləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

Xabi Alonso Arda Gülerin inkişafını tərifləyib və onu “gənc, amma artıq böyük oyunçu” adlandırıb.

“Arda hər baxımdan inkişaf mərhələsindədir, o hələ cəmi 20 yaşındadır. Onun yaşı və keyfiyyəti nəzərə alınarsa, biz ona dəstək olmalıyıq — qərar qəbul etmədə, pressinqdə irəliləməlidir, lakin onda çox yaxşı xüsusiyyətlər var. O, oyuna böyük mənalar qatır. Oynadığı zaman komandamızın dinamizmi daha güclü olur. Onun inkişafından çox razıyam, amma biz daha çox istəyirik. “Bayer”də Virts də eyni idi. O, gəncdir, amma artıq böyük oyunçudur - inkişaf mərhələsində olsa da, çox yüksək səviyyədədir”, - deyə Alonso bildirib.

Cari mövsümdə Arda Güler “Real”ın heyətində bütün turnirlərdə 18 oyun keçirib, 4 qol vurub və 7 məhsuldar ötürmə verib.

Türkiyəli futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında yarımmüdafiəçinin bazar dəyəri 60 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

tag: Arda Güler, Real Madrid,Xabi Alonso,Klub,Todaypress.tv,