Alonso Luka Modriçlə bağlı qərar verdi

İdman

20.05.2025 11:50

İspaniyalı futbol mütəxəssisi Xabi Alonso, Klublararası Dünya Çempionatından əvvəl “Real Madrid”in baş məşqçisi postuna keçməzdən əvvəl  heyətlə bağlı planlamalara başlayıb.   

TodayPress TV xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 

Xabi Alonso təcrübəli yarımmüdafiəçisi Luka Modriçi heyətdə saxlamaq istəyir.

39 yaşlı xorvatiyalı futbolçunun “Real”la müqaviləsi 2025-ci ilin iyun ayında başa çatır və rəhbərlik onun yaşını nəzərə alaraq anlaşmanı yeniləməməyi planlaşdırırdı. 

Alonso klub rəhbərliyindən bu qərarın yenidən gözdən keçirilməsini və Modriçə daha bir illik yeni müqavilə təklif olunmasını istəyib.

Luka Modriç özü də 2026-cı ildə keçiriləcək dünya çempionatından sonra futbol karyerasını “Santyaqo Bernabeu”da başa vurmaq arzusundadır.  Veteran futbolçunun “kral klubu”nda qalmaq üçün maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razı olduğu bildirilir.   

Xabi Alonso ümid edir ki, rəhbərlik onun fikirlərini nəzərə alacaq və Modriçlə əməkdaşlığı 2026-cı ilin yayına qədər davam etdirəcək.   

Namiq HUN

tag: Real Madrid,Xabi Alonso,Luka Modriç,Oyun,Todaypress.tv,